beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elsevər Kərimov

Kərimov Elsevər Nəriman oğlu - alim

Həyatı
Kərimov Elsevər Nəriman oğlu 13 mart 1958-ci ildə Qədim Göyçə mahalında anadan olmuşdur. 1984-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşunaslıq" fakultəsini bitirmişdir. 1985-1989-cu illərdə AMEA-nın İİ aspirantı olmuşdur.

1991-ci ildə "Xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və onun idarə edilməsinin təşkili" ixtisası üzrə dissertasiya işini müdafiə etmiş və i.e.n. olmuşdur. 1981-1994-cü illərdə AMEA-nın İqtisad İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir.

2000-ci ildə dosent olmusdur. 1994-2011-ci ilin sentyabrına kimi Azərbaycan Kоопераsiyа Universitetinin elmi işlər üzrə prorektor işləmişdir. Hal-hazırda Azərbaycan Kоопераsiyа Universitetinin "Doktorantura" şöbəsinin müdiridir.

2 kitab, 3 dərslik, 2 metodiki vəsaitin, 70 elmi məqalə və 1 monoqrafiyanın müəllifidir.


Tarix: 05.02.2015 / 17:18 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qərbi Azərbaycan