Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başxanım Şəfiqızı

Həyatı
Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur.

Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir.

Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur.

Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909-1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912-1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873-1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır.

Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir.

Haqqında yazılanlar
Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitablarda məlumat verilmişdir:

1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157-159).
1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh. 6-10).
2005-ci ildə "Avrasiya press" nəşriyyatında çap olunan "Azərbaycan qadın şairləri antologiyası" kitabında (səh. 129-130)
2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Bir kökün budaqları" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 8-14).
2006-cı ildə "Nurlan" nəşriyyatında çap olunan Araz Yaquboğlunun "Elin yaddaşında yaşayan ömür" kitabında Başxanım Şəfiqızının həyatı haqqında geniş məlumat verilmişdir.
2010-cu ildə "MBM" mətbəəsində çap olunan "Aşıq qadınların antologiyası" kitabında Başxanım Şəfiqızının gəraylısı, qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 42-45).


Tarix: 05.02.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Qərbi Azərbaycan
loading...