beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Əli Şairov

Həyatı
Şairov Əli Şamil oğlu 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Şair Məmmədhüseynin nəticəsidir.

1941-ci ildə Böyük Vətən müharibəsinə Daşkənddən səfərbər olunan 206 nəfərdən biri də Əli Şairov olmuşdur. Böyük Vətən müharibəsində 124 nəfər həmkəndlisi kimi o da qəhrəmancasına həlak olmuşdur. Onun sonuncu məktubu Port-Artur şəhərindən gəlmişdir.

Yaradıcılığı
Əli Şairovun şeirlərindən məlum olur ki, o çox gözəl təbə malik, demək olar ki, haqq vergili şair və aşıq olmuşdur. Onun şəxsi sazı və əlyazmaları bu günə qədər qohumları tərəfindən saxlanılmaqdadır.

Aşıq Əli Şairovun yaradıcılığında klassik aşıq üslubunda deyişmə və dərdləşmələrinə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilovla deyişməsini misal göstərmək olar. Müxtəlif janrlarda və dini mövzularda olan şeirlərindən o da məlum olur ki, Aşıq Əli Şairov dini dərindən mənimsəmişdir.

Barəsində yazılanlar
Xasay Zeynalovun 2001-ci ildə yazdığı "Göyçə mahalının tarixindən yarpaqlar" adlı əlyazmasında Aşıq Əli Şairovun 13 şeiri və 1 deyişməsi verilmişdir (səh.104-114).
Məhəmməd Ələkbərlinin 2006-cı ildə "Nurlan" nəşriyyatında çap etdirdiyi "Durna qatarı-II" ədəbi toplusunda Aşıq Əli Şairovun 5 şeiri çap olunmuşdur (səh.122-125).


Tarix: 05.02.2015 / 17:00 Müəllif: Feriska Baxılıb: 72 Bölmə: Qərbi Azərbaycan