beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alqayıt

Həyatı
Xəlilov Alqayıt Bayram oğlu 1940-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır.

Alqayıt orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun "Tarix-filologiya" fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun "Dil və ədəbiyyat" şöbəsini bitirmişdir.

1967-ci ildən 1972-ci ilə qədər doğma Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir.

1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir.

1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979 -cu ildən Göygöl rayonunda məskunlaşmış,Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.

El şairi Aşıq Alqayıt 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.

Xəlilov Alqayıt Bayram oğlu 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.

Yaradıcılığı
Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında Alqayıtın həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.209-213).

Alqayıtın həyatı və yaradıcılığı haqqında 2007-ci ildə Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.116-124).

Əsərləri
"Qalx ayağa Azərbaycan" (2000),
"Yaralı qartal", Bakı, "Hərbi nəşriyyat", 2006, 560 səh., 1000 tiraj.
"Seyid Bayram ocağı" (2007),
"Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011
Məqalələri
"Sənətkar ömrü", 2008.


Tarix: 05.02.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Qərbi Azərbaycan