Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Şəmilov

Həyatı
Şəmilov Nazim Telman oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Çaybasar kəndində anadan olub.

1983-cü ildə Bakı Dövlət Univrsitetinin kimya fakültəsinə daxil olub.

1988-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1988-1999-cu illərdə AMEA Kimya Problemləri institutunda kiçik elmi işçi.elmi işçi , böyük elmi işçi vəzifələrində işləyib

1995-ci ildə AMEA-nın Kimya Problemləri institutunda “Tərkibində nadir torpaq elementləri saxlayan oksid sistemlərin metanın oksidləşdirici dehidrodimerləşmə reaksiyasında fiziki kimyəvi və katalitik xüsusiyyətləri”mövzusunda namizədlik,2012-ci ildə isə“C1-C4 alkanların oksidləşdirici dehidrogenlləşmə reaksiyasında modifikasiya olunmuş oksid katalizatorlarının fiziki kimyəvi və katalitik xassələri”mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1995-ci ildən Nyu-York Elmlər akademiyasının, 2013-cü ildən Beynəlxalq Ekoenergetika akademiyasının üzvüdür.

1999-cu ildən BDU-da çalışır. 1999-2001-ci illərdə baş müəllim, 2002-ci ildən Fiziki və kolloid kimya kafedrasının dosenti, 2005-2011-ci illərdə kimya fakültəsinin dekan müavini, 2011-ci ildən ekologiya və torpaqşünaslıq fakültəsinin dekanıdır.2012-ci ildə doktorluq dissertasiyası müdafiə edib, kimya üzrə elmlər doktorudur. 2013-cü idən Ekoloji kimya kafedrasının professorudur.

Bakalavrda “Fiziki kimya“, “Kolloid kimya“, “Tətbiqi elektrokimya“,"Ekoloji kataliz" , “Elektrokimyəvi kinetika”, “Kimyəvi cərəyan mənbələri və yanacaq elementləri”, magistraturada “Heterogen kataliz”,"Kimya sənayesinin ekoloji problemləri" fənlərini tədris edir.

80 elmi əsərin, 9 dərs vəsaitinin müəllifidir.

Onun tədqiqat sahəsinə - Heterogen kataliz, Kiçikmolekullu alkanların oksdləşdirici dehidrogenləşməsi yolu ilə sənaye əhəmiyyətli olefinlərin alınması üçün effektiv katalizatorların sintezi və onların müvafiq reaksiyada tədqiqi aiddir.

Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri“ Beynəlxalq elmi konfransının (Bakı, 8-9 noyabr 2007) və Zveniqorod şəhərində keçirilən “Цеолиты и мезопористые материалы: достижения и перспективы“ (8-11 iyun 2008) konfransın iştirakçısı olub.

Ailəlidir, iki öladı var.


Tarix: 05.02.2015 / 15:43 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan
loading...