beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almalı-armudlu piroq

Daha bir meyvəli şirniyyat

Ərzaqlar:
500 qram qat-qatlı xəmir
2 alma
1 armud
1 x.q. təmizlənmiş badam
1 x.q. konyak
2 x.q. şəkər tozu
1 ədəd yumurta

Hazırlanma qaydası:

Qat-qatlı xəmiri 2 kündəyə bölün. Kündənin birini yayaraq, forma qabına yerləşdirib, soyuducuda saxlayın. O biri kündəni isə yayaraq, üzərində naxışlı kəsiklər edib, soyuducuya yerləşdirin.
Alma və armudu yuyub, təmizləyin. Sonra meyvələri nazik – nazik dilimləyib, üzərindən 1 xörək qaşığı konyak gəzdirin. Təmizlənmiş badamı blenderdən keçirin.
Forma qabında yerləşən xəmiri soyuducudan çıxarıb, üzərinə dilimlənmiş meyvələri düzün. Meyvələrin üzərindən üyüdülmüş badam və şəkər tozunu səpin.
Xəmirin kənarlarına yumurta çəkib, üzərindən kəsikli olan xəmiri yerləşdirin. Sonra piroqun üstünə yumurtanın sarısını çəkərək, üzərinə şəkər tozu səpib, 10-15 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Piroqu 220 dərəcə qızdırılmış sobada 25 dəqiqə ərzində bişirin. Bişmiş piroqu sobadan çıxarıb, soyumaq üçün kənara qoyun.
Almalı-armudlu piroqu həm isti, həm də soyuq halda yemək olar. Piroqu dondurma ilə də süfrəyə vermək olar. Nuş olsun!


Tarix: 29.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Piroqlar