beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsmikli piroq

Yayın ləziz şirniyyatı

Ərzaqlar:

Xəmir üçün:

1,5 stəkan un (150-160 qram)

0,5 stəkan şəkər tozu

100-125 qram kərə yağı

1 ç.q. qabartma tozu

Kəsmikli iç üçün:

450-500 qram kəsmik

0,75-1 stəkan xama

3 yumurta

0,5 stəkan şəkər tozu

1 ç.q. vanil şəkəri

kişmiş və başqa quru meyvələr

Hazırlanma qaydası:

Yumşaldılmış kərə yağın üzərinə şəkər tozu əlavə edib, mikserlə çalın. Unu qabartma tozu ilə qarışdırıb, yağın üzərinə əlavə edərək, yaxşıca qarışdırın. Xəmir unlu ovuntu kimi alınmalıdır.

Kəsmiyi sürtkəcdən keçirib, üzərinə xama, yumurta sarısı əlavə edərək, yaxşıca qarışdırın. Yumurtanın ağını şəkər tozu ilə mikserlə çalıb, kəsmiyin üzərinə əlavə edərək, qarışdırın.

Bişirmək üçün xüsusi forma qabına xəmirin 2/3 hissəsini yerləşdirib, üzərindən kəsmikli içliyi səpin. Sonra kəsmiyin üstündən qalan xəmiri yerləşdirin.

Piroqu 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə ərzində bişirin.

Nuş olsun!


Tarix: 08.12.2012 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Piroqlar