Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuqlu kartoflu piroq

Dadı damağınızdan getməyəcək

Ərzaqlar:

500 qram hazır qat-qatlı xəmir

1 yumurta sarısı

bitki yağı

İç hazırlamaq üçün:

2 ədəd toyuq budu

3 ədəd kartof

1 ədəd soğan

50 qram kərə yağı

duz, istiot

Piroqun içini hazırlamaq üçün: toyuq budlarını yuyub, ətini sümükdən ayıraraq, xırda kubik şəklində doğrayın.

Soğanı təmizləyib xırda-xırda, kartofu isə nazik dilimlərlə doğrayın. Sonra bir boşqabda xırda doğranılmış toyuq ətini, soğanı və kartofu birləşdirin. Üzərinə duz, istiot və 2 xörək qaşığı su əlavə edib, yaxşıca qarışdırın.

Hazır qat-qatlı xəmiri iki bərabər olmayan hissəyə bölərək, nazik şəkildə yayın. Xəmirin böyük hissəsini yağlanmış xüsusi forma qabına yerləşdirib, üzərinə toyuq içi tökün. Sonra üstündən xırda kubik şəklində doğranılmış kərə yağını tökün.

Xəmirin qıraqlarını toyuq için üzərinə qatlayın. Sonra xəmirin kənarlarına çalınmış yumurta və yaxud yumurta sarısı çəkin.

Piroqun üstünü xəmirin ikinci hissəsi ilə örtüb, orta hissəsindən çəngəllə deşin (buğunun çıxması üçün) və üzərinə yumurtanın sarısını çəkin.

Piroqu 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə müddətində bişirin. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:58 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Piroqlar
loading...