beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mürəbbəli piroq

Süfrələrin bəzəyi

Ərzaqlar:

2 ədəd yumurta

2-3 stəkan un

200 qram kərə yağı və ya marqarin

1 stəkan şəkər tozu

bir çimdik vanilin

1 ç.q. qabartma tozu

150-200 qram mürəbbə və ya cem

Hazırlanma qaydası:

Unu qabartma tozu ilə qarışdırın. Yumşaldılmış kərə yağın üzərinə şəkər tozu, yumurta, vanilin və un əlavə edib, xəmir yoğurun. Xəmiri 2 bərabər olmayan hissəyə bölün (1/3 və 2/3).

Kiçik olan xəmir hissəsini 1 saat ərzində dondurucu kamerada saxlayın. O biri xəmirin hissəsini isə yayıb, xüsusi forma qabına yerləşdirin. Xəmirin üzərindən mürəbbə və ya cem çəkib, bərabər şəkildə yayın.

Dondurucu kameradan xəmiri çıxarıb, sürtkəcin iri gözündən keçirərək, mürəbbənin üzərinə səpin.

Piroqu 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:59 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Piroqlar