beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar üçün Timsah görünüşlü ət piroqu

Ərzaqlar:

Xəmir üçün:

1 x/q quru maya

2 x/q şəkər tozu

Azca duz

1 yumurta

250 ml ilıq süd

6 x/q bitki yağı

500 q un

İçlik üçün:

500 q təzə göbələk

2-3 orta ölçülü baş soğan

300 q yağsız ət





Hazırlanma qaydası

Əvvəlcə mayanı hazırlayıb, 10 dəq. qalxmasını gözləyirik. Sonra dərin bir qabda maya, yumurta, şəkər, duz, bitki yağı, süd qarışdırılır, yavaş-yavaş un əlavə edilərək xəmir yogrulur və gəlməsi üçün üstü örtülərək bir kənara qoyulur.

İndi isə içliyi hazırlayaq. Tavaya yağ töküb incə, yarımhalqa doğranmış soğanları əlavə edirik. Tam qızarmamış uzun nazik doğranmış əti əlavə edib qızardırıq. (Mən əti qabaqca ayrı qazanda bir az qaynadıb kəfini yığdım.)

Soğan qızarana yaxın incə doğranmış göbələkləri əlavə edin. Göbələklər suyunu çıxardıb yağa düşəndə duz-istiot vurub bişirin.

Xəmir yayılır, dördbucaqlı formaya gətirilir, kənarlar bəzəkli alətlə kəsilir. Yayılmış xəmir yağlı kağız üzərində duxovka listinə qoyulur, xəmirin ortasına iç qoyulur. Mənim kalkam olmadigina gore bir basa yaglanmis liste qoydum. :((

Xəmir kənarlardan 3-4 sm enində yuxarida fotoda göstərildiyi kimi kəsilir. Xəmirin hissəlerini ust-uste qoymaqla timsahın bedeni, başı, quyruğu düzəldilir. Əvvəldə kəsilmiş olan xəmir kənarlarından timsahın gözləri,əlləri,burun dəlikləri düzəldilir. Xüsusi mətbəx qayçısı ilə “timsah”ın agız hissısi də düzəldilir.

Bişdikdən sonra “timsah” həm isti, həm də soyuq halda yeyilir. Nuş olsun.


Tarix: 29.11.2014 / 11:56 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Piroqlar