Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piroq

Umac Piroq


Ərzaqlar:

4 st un
2 st şəkər tozu
2 st qatıq
2 yumurta
1 paçka kərə yağı ya da 1 st duru yağ
1 paçka vanil
1 paçka qabartma tozu
Qeyd: bu 1 porsya qab üçün nəzərdə tutulub.


Hazırlanması:

4 st unu sobanın qabına tökürük (çörək bişirmək üçün olan qab). Üzərinə yağı əlavə edib, umac edirik.sonra şəkər tozunu əlavə edib umacı qarışdırırıq. Sonra bu umacın ortasını çuxur kimi aralayıb, ora qatığı, yumurtanı, vanili və qabartma tozunu da əlavə edib qaşıqla qarışdırırıq. Sonra onu hamarlayıb 180 dərəcədə sobada bişməyə qoyuruq.

Reseptə görə Xəyalə İmanovaya Təşəkkürlər...

NUŞ OLSUN...


Tarix: 19.12.2012 / 22:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 968 Bölmə: Piroqlar
loading...