beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaşxaşlı cəviz kətəsi

xəmiri üçün

1 su stəkanı ilıq süd
1 çay stəkanı duru yağ
10 qr. instant maya
2 yemək qaşığı toz şəkər
1 çay qaşığı duz
Aldığı qədər un

arasına

3 yemək qaşığı xaşxaş əzməsi
Yarım çay stəkanı duru yağ
3 yemək qaşığı toz şəkər (istəyə bağlı)
Arzu etdiyiniz qədər qoz

üzərinə

1 ədəd yumurta sarısı

Hazırlanması:

Xəmir ərzaqlarını maya ilə yumşaq bir xəmir olana qədər yoğururuq.
Xəmiri gözəlcə bürüyüb qalın bir adyala təxminən 1 saat isti bir yerdə mayalanmasını təmin edirik. Arası üçün xaşxaş əzməsini duru yağ ilə açaraq Sürtülə biləcək qatılığa gətiririk.İçinə 3 qaşıq şəkər və döyülmüş qoz əlavə edib qarışdırırıq.Mayalı xəmiri 2 hissəyə ayırıb, dəzgahda açırıq.Çox incə olmasına ehtiyac yoxdur. Açılan xəmirin üzərinə xaşxaş əzməli qarışıqdan sürtüb və rulon şəklində sarırıq.Rulondan 2 barmaq genişliyində parçalar kəsib, yağlı kağız sərilmiş soba nimçəsinə qoyuruq.Bütün xəmiri bu şəkildə hazırladıqdan sonra üzərinə yumurta sarısı sürtüb, nimçədə bir az daha mayalanması üçün gözlədirik. Əvvəldən isidilmiş 180 dərəcə sobada üzərləri qızarana qədər bişiririk… Nuş olsun.


Tarix: 29.11.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Piroqlar