Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Su böreyi

Tərkibi (12 pay):

Xəmiri:
8 st. un
5 yumurta
1 ç.q. duz
ilıq su

İç:
500 q pendir
cəfəri (istəyə görə)
10-12 x.q. duru yağ

Bişirmək üçün:
4-5 x.q. duru yağ

Yuxaları qaynatmaq üçün:
3 l qaynar su
1 ç.q. duz
2 x.q. yağ
3 l soyuq su

Hazırlanması:
Xəmir üçün olan ərzaqları bir qaba boşaldın.
Qarışdırın, az-az su əlavə edərək yoğurun. Elastik xəmir alınmalıdır.

Xəmirdən 10-11 kündə tutun.
Diametri təxminən 40 sm olan sinini 2-3 x.q. duru yağla yağlayın.
Birinci yuxanı sininin ölçüsünə görə yayın. Siniyə qoyun. Üstünə 2 x.q. yağ gəzdirin.
Kündənin birini də ayırıb kənara qoyun (su böreyinin yuxaları suda qaynadılır, yalnız altdakı və üstdəki yuxalar istisnadır).

Bir qazana soyuq su tökün (bu, yuxaları soyutmaq üçündür, təxminən 3 l). Digər qazanda
3 l su qaynadın, qaynara düşəndə içinə duz və yağ əlavə edin. Qaynayan suya yuxaları bir-bir salıb 1 dəqiqə saxlayın.
Sonra dəlikli tayqulpun köməyilə yuxanı qaynar suyun içindən çıxarıb soyuq su olan qazanın içinə qoyun, dərhal da çıxarın.
Qaynanmış yuxa suda büzüşür. Bunları siniyə düzəndə əlinizcə azacıq düzəlişdirib hamarlayın.
Sonra üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Sonra yenə qaynadılmış yuxa + azacıq duru yağ + qaynadılmış yuxa + pendir + qaynadılmış yuxa + azacıq duru yağ və s.
bu minvalla 10 (11) yuxanı düzəndən sonra ayırıb kənara qoyduğunuz kündəni yayıb qaynatmadan sinidəki böreyin üstünə çəkin.
Sonra böreyi vam odda, tez-tez fırladaraq hər iki üzünü bişirin.
Yuxalar yaş olduğundan kənarları siniyə yapışacaq, odur ki, çevirəndə diqqətli olun.
Yuxaları suda qaynadarkən onların ölçüləri problem yaradırsa, ikiyə bölüb qaynada da bilərsiniz

NUS OLSUN


Tarix: 07.12.2012 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Piroqlar
loading...