beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəsmikli yay piroqu

Yay ayların ən sevimli şirniyyatı

Ərzaqlar:

Xəmir üçün:

100 qram kərə yağı

1 ədəd yumurta

1/3 şəkər tozu

1 ç.q. qabartma tozu

0,5 ç.q. vanil şəkəri

1,5 stəkan un

1 ç.q. kakao

Kəsmikli iç üçün:

500 qram kəsmik

3 ədəd yumurta

0,5 stəkan şəkər tozu

1 ç.q. nişasta

30 qram kərə yağı

kişmiş, qoz ləpəsi, limon qabığı (sedra), qara gavalı, kuraqa ( qaysı qurusu)

Hazırlanma qaydası:

Unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Boşqabda yumuşaldılmış kərə yağın üzərinə şəkər tozu, kakao, yumurta və vanil şəkəri əlavə edib, yaxşıca qarışdırın. Sonra tədricən un əlavə edib, xəmir yoğurmağa başlayın.

Xəmirin 1/3 hissəsini ayırıb, dondurucu kameraya qoyun. Qalan xəmirin 2/3 hissəsini isə yayıb, bişirmək üçün xüsusi forma qabına yerləşdirin.

Kəsmikli iç hazırlamaq üçün:

Kişmiş və yaxud digər quru meyvələri yuyub, xırda-xırda doğrayın. Yumurtanın ağını sarısından ayırıb, soyuducuya yerləşdirin. Yumurtanın sarısını isə yaxşıca çalın. Kəsmiyi qaşıqla əzib, üzərinə şəkər tozu, vanil şəkəri əlavə edib, qarışdırın. Sonra kəsmiyin üzərinə əridilmiş kərə yağı, nişasta və yumurtanın sarısını tökərək, yenidən qarışdırmağa davam edin.

Hazırladığınız qarışığın içinə xırda doğranılmış kişmiş və ya başqa quru meyvələri əlavə edib, qarışdırın.

Soyudulmuş yumurta ağını mikserlə çalıb, kəsmikli qarışığın üzərinə tökərək, yaxşıca qarışdırın.

Hazırladığınız kəsmikli içi xəmirin üzərinə tökərək, bərabər şəkildə yayın.

Dondurulmuş xəmiri soyuducudan çıxarıb, sürtkəcin iri gözündən keçirərək, kəsmikli için üzərindən səpin.

Piroqu 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 579 Bölmə: Piroqlar