beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gavalı piroqu

Yay ayların ən sevimli şirniyyatı

Ərzaqlar:

125 qram kərə yağı və ya marqarin

0,5 stəkan şəkər tozu

1/2 ç.q. soda

1/4 ç.q. duz

1/2 stəkan xama

2-3 stəkan un

10-12 ədəd gavalı

Hazırlanma qaydası:

Kərə yağını əridib, üzərinə şəkər tozu, duz, soda və xama əlavə edib, yaxşıca çalın. Sonra üzərinə unu töküb, xəmiri yoğurmağa başlayın. Xəmir nə sıyıq, nə də bərk olmamalıdır.

Xəmiri 2 hissəyə bölüb, biri böyük, o biri isə kiçik olan kündələrə tutun. Birinci böyük kündəni yayıb, bişirmək üçün xüsusi forma qabına yerləşdirin. Üzərinə yarı kəsilmiş gavalıları düzüb, üstündən şəkər tozu səpin.

İkinci kündəni isə yayıb, gavalıların üstündən yerləşdirin. Istəsəniz piroqun üzərindən xama çəkib, üzərindən şəkər pudrası səpin.

Piroqu 200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə ərzində bişirin. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 341 Bölmə: Piroqlar