beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asan limon piroqu

Tərkibi:
1 yumurta
250 qr qatıq
150 qr bitki yağı
250 qr manna yarması
250 qr un
250 qr şəkər tozu
vanil, yarım rəndələnmiş limon qabığı
1 çay q soda 2, 3 x/q sirkə (sodanı söndürmək üçün)

Hazırlanması:
Qatığı, şəkəri, yumurtanı, yağı, manna yarmasını, vanili,unu limon rəndəsini əllə yaxşıca qarışdırın. sodanı sirkəylə söndürərək qarışdırmağa davam edirik. içi 5-6 sm dərinlikdə olan listi yağlayin əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 35 – 40 dq arası piroqu bişirin. sobadan çıxardıqdan həmən sonra üzərini yüngülcə soyuq su və ya şəkərli suyla sulayın. zövqə görə üzərinə şəkər kirşanı səpin. Nuş olsun!


Tarix: 29.11.2014 / 11:55 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Piroqlar