beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zərf şəklində piroq

Lazım olan ərzaqlar:

Xəmir üçün:

4-4,5 Su stəkan un
Tək istifadəlik quru maya
1 su stəkanı ilıq süd
2 ədəd yumurta (birinin sarısı üstünə)
1 su stəkanından 2 barmaq əskik maye yağ
Duz.


Üstünə üçün:

Yumurta sarısı
Küncüt və ya çörəkotu

İçi üçün:

Ağ pendirli cəfərili qarışıq


Hazırlanması:

Bir qabda un, maya və duzu qarışdırın. Duru yağ və yumurtanı əlavə edin. Südü də yavaş-yavaş əlavə edib xəmiri yoğurun. Xəmir ələ yapışmayıb yaxşıca yoğurulduqdan sonra qabı bir yerə qoyub üstünü bağlayın, 20 dəqiqə mayalandırın.
Mayalanan xəmirdən bir parça qoparın və tort qabı qədər açın. Zərf şəkli verəcəyimiz üçün xəmirin kənarlarını bıçaqla kəsib kvadrat edin. Ortaya içi üçün olan qarışığı qoyub küncləri birləşdirib yapışdırırıq. Bu əməliyyatı bütün xəmirə tətbiq edin. Artıq qalan kəsik xəmirlərlə də eyni əməliyyatı edin. Yağlı kağız və ya yüngül yağlanılmış nimçəyə düzün. Üstünə yumurta sarısı sürtün. 20 Dəqiqə nimçdə mayası gəlsin deyə gözlədin.

Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada üstləri qızarana qədər gözləyin. Çayla birlikdə süfrəyə verin…

Nuş olsun...


Tarix: 19.12.2012 / 22:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 528 Bölmə: Piroqlar