Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmat piroqu

Tərkibi:

şokoladlı korj üçün:
200 kərə yağı
50 ml su
2 st. un
1 st. şəkər tozu
2 yumurta
1 x.q. qabartma tozu
2 x.q. kakao
sinini yağlamaq üçün kərə yağı

ağ korj üçün:
200 q kərə yağı
50 ml su
2 st. un
1 st. şəkər tozu
2 yumurta
1 x.q. qabartma tozu
sinini yağlamaq üçün kərə yağı

korjların arasına:
pavidla

Hazırlanması:

Şokoladlı korj üçün: kərə yağını şəkər tozu ilə çalın. Yumurta və suyu əlavə edin, çalın, ələnmiş un, qabartma tozu və kakao əlavə edin. Eynicinsli xəmir hazırlayın. Yağlanmış formaya (20×30 sm) tökün, 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Soyudun.

Ağ korj üçün: bütün ərzaqları qarışdırın (burada, sadəcə, kakao yoxdur). Xəmiri yağlanmış formaya (20×30 sm) tökün, 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Soyudun.

Bişmiş korjların arasına pavidla çəkin, üst-üstə qoyun. Sonra 2-3 sm enində şəridlərə doğrayın. Bunları eninə yanaşı, sonra isə aralarına pavidla çəkməklə üst-üstə düzün. Bu zaman çalışın ki, ağ şəridin üstünə şokoladlı şərid düşsün. Yəni hazır keksin kəsimdə görünüşü rənginə görə şahmat taxtasını xatırlatmalıdır.

Bir müddət saxlayıb, dadlanmasını, pavidlanı canına çəkməsini gözləyin. İstəyə görə bəzəyin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 11:56 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Piroqlar
loading...