beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərikli piroq

Ləvazimatlar

Yumurta – 2 ədəd

Şəkər tozu – 350 q

Kərə yağı – 200 q

Xama – 200 q

Çay sodası – ¼ ç.q.

Un – 450 q

Ərik – 12 ədəd

Hazırlanma qaydası

1. Yumurtanın üzərinə şəkər tozu, daha sonra otaq temperaturunda yumşaldılmış kərə yağı əlavə edilib mikserlə çalınır.

2. Başqa bir qabda xamaya soda qatılır və qarışığa əlavə olunub yenidən çalınır.

3. Alınmış kütləyə un əlavə edilib yumşaq xəmir yoğrulur.

4. Ərik baş hissədən ikiyə çərtilir, üzərinə qaynar su gəzdirilib qabığı soyulur və iki hissəyə bölünüb tumu çıxarılır.

5. Hazır xəmir yağlanmış formaya yayılır, üzərinə ərik düzülüb qabaqdacan 180 dərəcəyədək qızdırılmış sobada 25 dəq. hazırlanır.


Tarix: 29.11.2014 / 11:56 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Piroqlar