beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan keksi

sultan-sirniyyati
Keks resepti:
5 yumurta.
1 su stəkanı toz şəkər.
1,5 – 2 su stəkanı un.
1 paket qabartma tozu.
1 paket vanil şəkəri.

sultan-sirniyyati-1

Vəsaitlərin hamısını sıra ilə mikser köməyi ilə gözəlcə çırpın. Bişirəcəyimiz nimçəmizə yayın və 180cm * də təxminən yarım saat qədər bişirin.

sultan-sirniyyati-2

Arası üçün padding kremi:

2 paket süd kremi.
2 paket krem sərtləşdirici.
2 paket vanil.
yarım qutu mascarpone (100 qr) Pendir
1 kiçik qutu Quarg (250 qr) süzmə qatıq.
yarım çay stəkanı toz şəkər.

Əvvəl krem, toz şəkər, vanil, krem sertleştiricini mikserlə gözəlcə çırpın. (Süd kremi Soyuducuda olmalı yoxsa kəsilər.) Tamamilə qatılaşınca içərisinə digər vəsaitləri əlavə edərək təkrar çırpın. Arası üçün padding kremimiz hazır olmuşdur.
Əgər bu vəsaitlər məndə yoxdu deyirsinizsə. 2 paket krem şantini hazırlayıb ara padding kremi olaraq istifadə edə bilərsiniz. Mən bu şəkildə heç sınamadım.

sultan-sirniyyati-3

Keksimizi reseptə görə bişiririk, soyudub, ortadan ikiyə bölürük. Bir qatını nimçəmizin altına yerləşdiririk, üzərinə arası üçün hazırladığımız padding kremini yayırıq. Keksimizin digər yarısınıda kremin üzərinə yerləşdiririk. Daha əvvəlcədən hazırlayıb soyutduğumuz şərbətimizi dairəvi və mütənasib şəkildə keksimizin üzərinə və yanlarından aşağıya keçəcək tərzdə töküb, canına çəkməsini gözləyirik. Şərbəti çox olmamalı, (Əgər şərbətin kafi olduğunu düşünürsünüzsə hamısını istifadə edə bilərsiniz.) Əslində tort qatılığında bir keksdir.

sultan-sirniyyati-4

Şərbət:
2 su stəkanı toz şəkər.
2 su stəkanı su.
1 çay qaşığı limon suyu.

Şəkər və suyu qazana qoyaq. Qaynama nöqtəsinə gəlincə limon suyu əlavə edək və on dəqiqə qaynadın. Şərbətimiz hazır, soyumasını gözləyin. Nuş olsun!

Qeyd: İstəyə bağlı üzərinə bol hindistan qozu səpə-bilərsiniz.


Tarix: 29.11.2014 / 11:54 Müəllif: Aziza Baxılıb: 207 Bölmə: Piroqlar