beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zebra piroqu

Tərkibi:

Şəkər – 2 stəkan
Yumurta – 5 ədəd
Kərə yağı – 200 qr.
Xama – 1 stəkan
Un – 2 stəkan
Kakao – 2 xörək qaşığı

Hazırlanması:

Yumurtanı ağarana kimi şəkərlə birlikdə çalın. Un, soda, bir az ərimiş kərə yağı və xama əlavə edib yavaş-yavaş qarışdırın. Hazır xəmiri iki hissəyə bölün. Bir hissəyə 2 xörək qaşığı un, ikinci hissəyə isə 2 qaşıq kakao əlavə edin. Sonra qarışımları yağlı tavaya növbə ilə dairə formasında tökməyə başlayın. Qətiyyən qarışdırmayın.

200 dərəcədə yarım saat bişirin.

Qeyd: əgər piroqun üst hissəsi bişib, iç hissəsi çiy qalıbsa, üstünü falqa kağızı ilə örtün, 180 dərəcədə bişməyə qoyun.


Tarix: 29.11.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Piroqlar