Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

PiroqlarDadlı piroq

Balıq konservindən hazırlanan ləziz piroq

Ərzaqlar:

Xəmir. I variant

0,5 stəkan süd
100 qram kərə yağı və yaxud narqarin
2 stəkan un

Xəmir. II variant

100 qram marqarin
100 qram xama
1ədəd yumurta sarısı
1-1,5 stəkan un
0,5 ç.q. qabartma tozu
Bir çimdik şəkər tozu, duz

Iç üçün:
1 banka balıq konservi (yağda)
5-6 ədəd soğan

Şirə üçün:
4 ədəd yumurta
4 x.q. xama
1 x.q. un
göyərti
duz, istiot

Hazırlanma qaydası:
I variant: Una kərə yağı (marqarin) və soyuq südü töküb, xəmir yoğurun. Sonra xəmiri 20 dəqiqə ərzində soyuducuda saxlayın. Soyudulmuş xəmiri yayıb, forma qabına yerləşdirin.
II variant: Unu qabartma tozu ilə qarışdırın. Yumurtanın sarısını ağından ayırın (yumurtanın ağı lazım olmayacaq). Yumurtanın sarısına duz və şəkər tozu əlavə edib, qarışdırın. Sonra üzərinə yumuşaldılmış marqarin Ardı »

PiroqlarTaten piroqu..

Gavalı piroqunu sevənlər üçün

Ərzaqlar:

0,5 kq gavalı

2 x.q. qoz ləpəsi

40 qram kərə yağı

0,5-0,75 stəkan şəkər tozu

Xəmir üçün:

270-300 qram un

200 ml süd

5-6 x.q. şəkər tozu

1,5-2 ç.q. qabartma tozu

2 ədəd yumurta

50-60 qram kərə yağı

Bir çimdik vanilin


Hazırlanma qaydası:

Gavalıları yuyub, 2 hissəyə bölərək, tumlarını çıxardın. Qoz ləpəsini xırdalayın.

Xəmiri hazırlamaq üçün: unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Sonra üzərinə şəkər tozu və vanilin əlavə edib, yaxşıca qarışdırın.

Yumşaldılmış kərə yağın üzərinə süd, yumurta əlavə edib, mikserlə çalın. Sonra üzərinə tədricən unu tökərək, xəmiri yoğurun. Xəmir qatı xama kimi olmalıdır.

Tavaya kərə yağı töküb, üzərinə şəkər tozu əlavə edərək qaynadın. Sonra gavalıları kəsilmiş hissəsindən yerləşdirərək 3-4 dəqiqə ərzində güclü Ardı »

PiroqlarMürəbbəli piroq

Süfrələrin bəzəyi

Ərzaqlar:

2 ədəd yumurta

2-3 stəkan un

200 qram kərə yağı və ya marqarin

1 stəkan şəkər tozu

bir çimdik vanilin

1 ç.q. qabartma tozu

150-200 qram mürəbbə və ya cem

Hazırlanma qaydası:

Unu qabartma tozu ilə qarışdırın. Yumşaldılmış kərə yağın üzərinə şəkər tozu, yumurta, vanilin və un əlavə edib, xəmir yoğurun. Xəmiri 2 bərabər olmayan hissəyə bölün (1/3 və 2/3).

Kiçik olan xəmir hissəsini 1 saat ərzində dondurucu kamerada saxlayın. O biri xəmirin hissəsini isə yayıb, xüsusi forma qabına yerləşdirin. Xəmirin üzərindən mürəbbə və ya cem çəkib, bərabər şəkildə yayın.

Dondurucu kameradan xəmiri çıxarıb, sürtkəcin iri gözündən keçirərək, mürəbbənin üzərinə səpin.

Piroqu 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirin. Nuş Ardı »

PiroqlarŞokoladlı Armudlu Piroq

Kaliforniyada armud sezonudur. Dükkanlar bu meyvənin müxtəlif növləriylə doludur. Bu piroqu bu bolluqdan istifadə etmək üçün bişirdim. Piroq quru olmamalı, içi bir qədər nəm qalmalıdır – onda çox ləzzətli olur. Nuş Olsun!

Şokoladlı Armudlu Piroq

Resept Elra’s Baking bloqundan adaptə edilmişdir

1 ədəd 23-santimetrəlik piroq üçün

Armudları Bişirmək Üçün:
4 ədəd bərk armud (yumuşaq armuddan istifadə etməyin. Bərk cinsdən olmalıdır, yoxsa armudlar dağılar)
2 stəkan su
Yarım stəkan şəkər tozu

Xəmir Üçün:
113 qram acı-şirin plitka şokolad – əlinizdə hissələrə qırın
Yarım stəkan un
Yarım stəkan un kimi üyüdülmüş badam və ya fındıq
4 xörək qaşığı naşirin kakao tozu
1 çay + bir çay qaşığının dörtdə bir hissəsi qədər qabartma tozu
Bir çimdik duz
113 qram Ardı »

PiroqlarQaragül Piroqu (Tyortıy Piroq)

Sürtgəc Kətəsi = Qaragül Piroqu (Tyortıy Piroq)


Xəmir üçün;
4 stəkan yarım un
1 çay qaşığı soda
4 ədəd yumurta – otaq hərarətində
2 stəkan şəkər tozu
100 qram kərə yağı – əridib soyudun

İçi üçün:
Variant 1: 2 stəkan hər hansı bir növ turşməzə meyvəmin cemi
Variant 2: 2 stəkan ərik cemi + bir ovuc doğranmış qoz ləpəsi

Ölçüsü 33 X 22 sm olan formanın dibini və kənarlarını yağlayın. Bir kasada un və sodanı qarışdırıb, kasanı kənara qoyun.



İri bir kasada yumurta və şəkəri qarışana və qaymaq kimi olana qədər mikserlə çalın. Əridilmiş (ərinmiş deyil!) yağı buraya əlavə edib qarışdırın. Unu da tədricən buraya əlavə edib qarışdırın. Əvvəlcə mikserlə çala bilərsiniz, Ardı »

PiroqlarZebra piroqu

Tərkibi:

Şəkər – 2 stəkan
Yumurta – 5 ədəd
Kərə yağı – 200 qr.
Xama – 1 stəkan
Un – 2 stəkan
Kakao – 2 xörək qaşığı

Hazırlanması:

Yumurtanı ağarana kimi şəkərlə birlikdə çalın. Un, soda, bir az ərimiş kərə yağı və xama əlavə edib yavaş-yavaş qarışdırın. Hazır xəmiri iki hissəyə bölün. Bir hissəyə 2 xörək qaşığı un, ikinci hissəyə isə 2 qaşıq kakao əlavə edin. Sonra qarışımları yağlı tavaya növbə ilə dairə formasında tökməyə başlayın. Qətiyyən qarışdırmayın.

200 dərəcədə yarım saat bişirin.

Qeyd: əgər piroqun üst hissəsi bişib, iç hissəsi çiy qalıbsa, üstünü falqa kağızı ilə örtün, 180 dərəcədə bişməyə qoyun. Ardı »

PiroqlarPiroq Xəmiri

Ərzaqlar:
2 + 3/4 fincan un (bir fincan = 150 qram)
1 xörək qaşığı şəkər tozu
1 çay qaşığı duz
1 fincan + əlavə 2 xörək qaşığı duzsuz kərə yağı – Yağ mütləq soyuq halda olmalıdır! Əks halda reseptdəki kimi piroq alınmayacaq. Yağ 0.4sm-lik kiçik parçalara doğranmalıdır (1 fincan=225qr)
7-9 xörək qaşığı buzlu (!) su


Hazırlanması:

Böyük qabda əvvəlcə un, şəkər tozu və duz qarışdırılır. Doğranmış yağ əlavə olunur,bıçaqla və ya barmaqların ucu ilə qarışdırılır, iri umac halına salınır. Umac halına salındıqda xəmirin ovuntuları noxuddan bir qədər iri olur. Yağ bir qədər diri qalmalıdır – tamamilə ovmayın!Daha sonra buzlu su xəmirin üzərinə çilənir. Ardı »

PiroqlarƏncirli piroq

Əncir və kamamber pendirindən hazırlanan dadlı piroq

Ərzaqlar:
6 ədəd əncir
300 qram kamamber pendiri
500 qram hazır qat-qatlı xəmir
1 ədəd yumurta
3 x.q. bal
3 kəklikotu yarpağı

Hazırlanma qaydası:
Ənciri yuyub, nazik dairəvi şəklində doğrayın. Kamamber pendirini nazik dilimlərə ayırın. Kəklikotu yarpağını yuyub, təmizləyərək, doğrayın. Xəmiri iki kündəyə ayırıb, hər birini 30×40 sm ölçüsündə yayın.
Bişirmək üçün xüsusi forma qabını yağlayıb, içinə perqament kağızı qoyun. Sonra yayılmış xəmiri içinə yerləşdirib, üstündən pendir dilimlərini qoyun (xəmirin kənarları boş qalmalıdır).
Çalınmış yumurtanı xəmirin kənarlarına çəkin. Sonra üstündən ikinci yayılmış xəmiri qoyub, qalan çalınmış yumurta ilə xəmirin üzərinə bərabər şəkildə çəkin.
Xəmirin üzərinə nazik doğranılmış əncirləri düzüb, üstündən kəklikotu yarpaqlarını səpin.
Piroqu 200 dərəcə qızdırılmış Ardı »