beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alma piroq

Yay şirniyyatın daha bir resepti

Ərzaqlar:

Xəmir üçün:

150 qram kərə yağı

0,5 stəkan xama

1-2 stəkan un

1,5 ç.q. qabartma tozu

Şirə üçün:

1 stəkan xama

1 stəkan şəkər tozu

1 ədəd yumurta

1 ç.q. vanil şəkəri

2 x.q. un

Iç üçün:

3-4ədəd alma (500-600 qram)

Hazırlanma qaydası:

Xəmir hazırlamaq üçün: unu ələkdən keçirib, qabartma tozu ilə qarışdırın. Xamanın üzərinə əridilimiş kərə yağını töküb, qarışdırın. Sonra tədricən unu əlavə edərək, xəmir yoğurun. Xəmiri yayıb, bişirmək üçün xüsusi forma qabına yerləşdirin.

Iç hazırlamaq üçün: almaları yuyub, təmizləyin. Sonra almaları nazik-nazik dilimlərlə doğrayın.

Doğranılmış alma dilimlərini xəmirin üzərinə bərabər şəkildə yerləşdirin.

Şirə hazırlamaq üçün: xamanın üzərinə yumurta (əvvəlcədən çalınmış), şəkər, vanil tozu əlavə edib, qarışdırın. Sonra üzərinə tədricən un əlavə edib, yaxşıca qarışdırın.

Hazırladığınız şirəni almaların üzərindən tökün. Almalı piroqu 180 dərəcə qızdırılmış sobada 50 dəqiqə ərzində bişirin. Bişmiş piroqu həm soyuq, həm də isti halda süfrəyə vermək olar. Nuş olsun!


Tarix: 08.12.2012 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 727 Bölmə: Piroqlar