beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəşf etdiyi dərman öz övladını öldürdü

İngiltərənin şimalındakı Hampstead bölgəsində yerləşən “Amro Biotech” adlı dərman firmasının sahibi xanım Dr. Apri Matossian-Rogers B71 adlı yaşlanmanın qarşısını alan bir dərman hazırladıqlarını bəyan etmişdi. 3 milyon sterlinqə başa gələn dərmanı sınaqdan keçirmək üçün üçün Dr. Apri Matossian-Rogersin Oxford Universitetinin biokimya fakultəsi məzunu olan 22 yaşlı qızı Yolanda Cox könüllü oldu lakin Yolanda özündən 3 yaş böyük bacısı Dr. Yvonne Pambakianın normaldan 3 qat çox doza ilə vurduğu iynə nəticəsində ölmüşdür.
Nəticədə firma sahibi və eyni zamanda mərhumun anası Dr. Apri Matossian-Rogers və bacısı Dr. Yvonne Pambakia Yolanda Coxun ölümünə səbəb olduqları iddiası ilə məhkəməyə veriliblər.


Tarix: 13.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Məlumatlar