beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı tərəvəz və meyvələrdə hansı vitaminlər var

Vitaminlər tərəvəz, meyvə, süd və başqa məhsullarda olur. Onlar orqanizm hüceyrələrinin normal işini təmin etməyə kömək edir. Vitaminlər yağda həll olan (A, D, E, K) və suda həll olunan (B, C) vitaminlər olmaqla orqanizmi infeksion xəstəliklərə qoruyur və immuniteti artırır. Ona görədə vitaminlər orqanizmin sağlamlığı üçün hava qədər vacibdir. Onların çatışmazlığı qısa müddətdə insanın orqanizmində xəstəlik şəklində üzə çıxır. Qida məhsullarının tərkibində mövcud olan hər bir vitamin orqanizmə özünəməxsus tərzdə təsir edir.
A vitamini orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə və gözlərin normal funksiyalarının təmin olunmasına yardm edir. Sağlam dəri üçün vacib hesab olunur. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta, kök, ispanaq, yeralması və qara ciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibinə olan keratin maddəsi isə orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır.
B1-B12 orqanizmin normal funksiyaları və enerji istehsalı üçün vacibdir. Qırmızı qan hüceyrələrinin yaradılmasında da aktiv iştirak edir. Bütün dənli bitkilər, paxlalı bitkilər, balıq və dəniz yosunları, yaşıl yarpaqlı tərəvəzlər, süd və qatıqda bu vitaminlərə rast gəlinir. B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu maddəyə ən çox taxılların üz pərdəsində rast gəlinir. Sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur.
B12 vitamini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Bu vitaminə konkret olaraq süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada və kahıda rast gəlmək olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək tövsiyyə olunur.
C vitamini əzələlər və diş ətləri üçün faydalıdır. C vitamini orqanizmi infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. Bu vitaminə ən çox meyvə, tərəvəz və giləmeyvələrdə - kələm, kartof, pomidor, soğan, qırmızı bibər, kahı, alma, qara qarağat, itburnu, limon, portağal, sitrus bitkiləri, gül kələm, çiyələk və başqalarında rast gəlinir. C vitamininin gündəlik norması 50 milliqram olaraq bildirilir.
D vitamini dişlər və sümüklər üçün vacibdir. Bu vitamin kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. D vitamininə gündəlik məhsullarda yumurta sarısında, kərə yağında, südlü məhsullarda və balıq yağında rast gəlinir.
E vitamini ağciyərləri qoruyur və qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Bütün dənli bitkilərdə, yaşıl yarpaqlı tərəvəzlərdə, yumurta sarısı və ləpəli bitkilərdə rast gəlinir.
K vitamini qanın laxtalanmasına səbəb olan proteinlərin normal səviyyələrdə qalmasını tənzimləyir. Yaşıl yarpaqlı tərəvəzlər, süd və süd məhsullarında və donuz ətində rast gəlinir.
P vitamini kapilyarların divarlarını möhkəmləndirir. O, limon, portağal, qırmızı bibər, itburnu, çay yarpaqları və üzümdə mövcuddur.
PP orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Ona daha çox süddə, qaraciyərdə, böyrəkdə, göbələkdə, mayada, yer fındığında rast gəlinir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır.
Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır.
Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. Çünkü bədənimizin quruluş divarı hesab olunan və üzvü maddələrdən ibarət olan vitaminlər in qidalarla lazım olan miqdarda alınması, həyatın davam etdirilməsi və artması üçün lazımdır.


Tarix: 09.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqlı Məlumatlar