beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədənin soyudulması insan ömrünü 200 il uzada bilər

Yapon alimləri insanların ömrünü ən azı iki dəfə uzatmağın yolları haqda iş görürlər. Ekspertlərin fikrincə bu, bədəndə olan istiliyi salmaqla əldə edilə bilər.

Tədqiqatlarda müəyyən olunub ki, temperaturu 2 dərəcə selsiyə salmaqla, yəni bədəni soyutmaqla insan ömrünü 200 il uzatmaq olar.

Yaponiya alimləri qeyd ediblər ki, hipotalamusun fəaliyyəti ilə bədəni istənilən temperatura gətirmək olar.

Beyinin bu hissəsi bədəndə olan sabit istiliyin saxlanılmasınada (thermoregulation) iştirak edir. "Uzunömürlülük eleksirinin"-nin inkişafında əsas çətinlik bədən istiliyinin 34-37 dərəcə arasında dəyişməsinə nail olmaq və zamanla insan bədəninin normal fəaliyyətini təmin etməkdən ibarətdir.
Bu bədənin enerji mübadiləsini tənzimləmək üçün lazımdır.


Tarix: 09.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Maraqlı Məlumatlar