beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türkiyə xaricdə süni mayalanmaya qadağa qoydu

Türkiyədə qadınların xarici sperma donorundan hamilə qalması artıq qanunla cinayət hesab olunur.

Süni mayalanma bundan əvvəl də Türkiyədə yasaq idi, amma yeni qanun qüvvəyə minənədək qadınlar xaricə gedərək sperma donorları tapa bilirdilər.

Yeni qanunvericilik Türkiyənin cinayət məcəlləsində xüsusi maddə ilə tətbiq olunub və Türkiyə vətəndaşlarının öz uşaqlarının atalarınını kimliyi gizlətməsini qadağan edir. Yeni qanunu pozan hər kəsi 3 ilədək həbs cəzası gözləyir.

Türkiyə Ginekoloqlar Assosiasiyasından Bülent Tiras BBC-nin Europe Today proqramına deyib ki, yeni qanun hamilə qalmaq istəyən qadınların hüquqlarını pozur.

"Bizim pasientlərimizin hər bir insan kimi reproduktiv hüquqları var. Bu vəziyyətdə onların bu hüquqlarına məhdudiyyət qoyulur. Biz bu qanunu bəyənmirik" - deyib doktor Tiras. O, əlavə edib ki, Türkiyə hakimiyyəti üçün xarici ölkələrdən donor spermaları alanları aşkara çıxarmaq çətin olacaq, odur ki, yeni qanun bu məsələdə böyük dəyişiklik edə bilməyəcək.

"Bu çox çətindir, çünki ər-arvad sperma donorları tapmaq istəsə, qonşu ölkələrə, məsələn, Yunanıstana, Əlcəzairə, Ukraynaya, Rusiyaya və hətta İrana gedəcəklər. Yəni ora asanca gedib donor tapıb qayıtmaq olar" - bu sözləri doktor Tiras deyib.


Tarix: 13.01.2015 / 13:22 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı Məlumatlar