beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stres və mənfi düşüncələr də tərləməyə səbəb olur

"Express" yazır ki, xüsusən yay aylarında tərləmə və pis qoxu ətrafdakıları narahat edir. Bəzən isə çox tərləyən insan bunun fərqinə belə varmır. Bəs tərləmənin və pis qoxunun qarşısını necə almaq olar?

Tərləmə bədən istiliyini təşkil edən, bədəni toksinlərdən təmizləyən və duz tarazlığını qoruyan bir hadisədir. Sağlam bədən tərləyərək gündə təxminən yarım və ya bir litr suyu ifraz edir. Tər təzəykən qoxusuzdur, bir qədər dəri üzərində qaldıqdan sonra isə bədən qoxusu ilə qarışır. Dəridə yaranan nəmli, isti mühit və dəridə olan bakteriyalar pis qoxunun yaranmasına səbəb olur. Tərləmənin qarşısını almaq üçün mütəxəssislər bir çox üsullar məsləhət görürlər.

Yayın isti günlərində tərləməni azaltmaq üçün bol su içmək məsləhət görülür. Belə ki, su bədənin daxilini sərinləşdirir və maddələr mübadiləsinin sürətini yavaşıdır. Beləliklə, tərləmə nisbəti aşağı enir. İsti günlərdə çay və qəhvə içmək məsləhət görülmür. Çünki bu içkilər güclü qoxuya səbəb olan tər vəzilərinin fəaliyyətini artıraraq, bədən qoxusunun artmasına səbəb olur.


Tarix: 09.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar