beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

27 gün davam edən ereksiya

Amerikada yerləşən Domnikan Respublikasında son günlərdə kütləvi informasiya vasitələrinin diqqət mərkəzində Luis Rodriguez adlı vətəndaşdır,
onun diqqət mərkəzinə düşməsinə səbəb isə olduqca maraqlıdır. Belə ki, 45 yaşlı Luis tibbdə priapizm adı verilən xəstəliyə tutulub.
Priapizim kişilərdə cinsi orqanın insanın öz iradəsi və istəyi xaricində uzun müddətli ereksiya halında qalmasıdır. Luis bu problemin qrip əlehinə qəbul etdiyi bir dərmandan qaynaqlandığını bildirib. Xəstəliyin uzun müddət davam etdiyini görən Luis Santiago xəstəxanasına müraciət edib lakin müayinə zamanı məlum olub ki, xəstəliyə səbəb Luisin kokain qəbul etməsidir.
27 gün keçməsinə baxmayaraq ereksiyanın davam etdiyini görən həkimlər xəstənin qanqrenadan ölə biləcəyini nəzərə alaraq onun cinsi orqanını kəsməyə qərar veriblər. Lakin Luis bu müalicə metodundan imtina edərək xəstəxanadan qaçaraq Milton Alvarez Rosa adlı bir uroloqun müalicə təklifini qəbul etmişdir, detalları gizli saxlanılan bir neçə günlük müalicədən sonra Luis tamamilə sağalmışdır.


Tarix: 13.01.2015 / 13:15 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar