beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stressə qarşı maddə hazırlayan alimlər başqa nəticə əldə edib

Stressə qarşı siçanlar üzərində təcrübə keçən alimlər təsadüfən bir çox kişilərin,
eləcə də qadınların problemi olan saç tökülməsinin çarəsini tapıb.

"CNN Türk" in verdiyi məlumata görə, Kaliforniyadakı Salk İnstitutunun araşdırmaçıları stres hormonunun yaranmasını dayandıran "astressin-B" adı verilən kimyəvi maddə hazırlayıb. Maddə tüksüz siçanlara iynə ilə vurulub.

Təcrübə siçanlarını sağlam siçanlarla eyni qəfəsə qoyan elm adamları bir müddət sonra təəccüblü nəticə ilə üzləşib. 7 ay sonra yenidən araşdırma aparmaq üçün qəfəsi açan mütəxəssislər siçanları seçməkdə çətinlik çəkiblər. Belə ki, orada tüksüz siçanlara rast gəlinməyib.

Mütəxəssislər araşdırmanın nəticələrinin insanların stres və yaşlılıqla bağlı olaraq saç tökülməsi, ağarmasına mane olmaq üçün yeni müalicə üsullarına yol aça biləcəyi bildirib.


Tarix: 13.01.2015 / 13:00 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar