Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

Kit Martin artıq 11 ildir ki, evi tərk edə bilmir. O, yataqdadır.

"The Guardian" bildirir ki, Kit Martin indi dünyanın ən kök insanı hesab olunur.
2001-ci ilin sentyabrın 11-də axırıncı dəfə evi tərk edərək həyətə çıxandan bəri Martin daha da kökəlib. İndi onun çəkisi 368,31 kiloqrama çatıb.

Londonda yaşayan 42 yaşlı Kit arıqlamağa, normal halına qayıtmağa çalışır.

"Gündə bir paket bekon, 6 kolbasa, 18 yumurtanın qayğanağı, 3 pizza, buterbrodlar, pirojnalar, konfetlər yeyirdim.
Yatmazdan əvvəl 4 buterbrod yeməyincə, özümü narahat hiss edirdim. Üstəlik, gün ərzində 2 litr sərinləşdirici içki, 6 litr də qəhvə içirdim", - Martin deyib.

İndi o, arıqlamağa başlayıb və beli də artıq 10 sm incəlib.

"Dünyanın ən kök adamı olmağımda günahkar yalnız özüməm. Bu "rekord"u biabırçılıq sayıram. Üstəlik, həkimlər deyiblər ki, arıqlamağa başlamasam, 50 yaşıma çatmayacağam. Ona görə də həyatımda ciddi dəyişikliklər etməyə başlamışam. Yenidən normal həyat yaşamaq, küçəyə çıxmaq, dostlarla gəzmək, parkda dolaşmaq istəyirəm", - Martin söyləyib.


Tarix: 09.01.2015 / 11:49 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı Məlumatlar
loading...