beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cənubi Koreyada 7 yaşlı qıza yeddi orqan köçürdülər

Cənubi Koreyada yerli həkimlər 7 yaşlı qız uşağına bir dəfəyə 7 orqan nəql ediblər.

Rusiya mətbuatının verdiyi məlumata görə, əməliyyat ötən ilin oktyabr ayında həkim Kim Do Enin rəhbərliyi ilə Asans tibbi mərkəzində həyata keçirilib.

Yeddi yaşlı Çxo İn Soya qara ciyər, mədəaltı vəzi, nazik bağırsaq, mədə, onikibarmaq bağırsaq, yoğun bağırsaq və öd kisəsi köçürülüb.

"Qızcığazın əksər orqanları fəaliyyətini demək olar ki, dayandırmışdı. Biz bu transplantasiyaya iki ildir ki, hazırlaşırdıq. Bu cür əməliyyatları uşaqlarda etmək daha çətindir. Xoşbəxtlikdən bu dəfə hər şey yaxşı qurtardı", - deyə Kim Do En bildirib.

Yeddi yaşlı qız isə artıq quru yeməklər yeyir. Kiçik pasientin bu həftə xəstəxanadan evə buraxılacağı gözlənilir.


Tarix: 09.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqlı Məlumatlar