beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşsizlik insanı yaşlandırır

Böyük Britaniyada yerləşən İmperial Kollecinin və Finlandiyanın Oulu Universitetinin elm adamları maraqlı məlumat əldə ediblər.
Onlar bildiriblər ki, iki ildən çox işsiz qalan kişilərdə yaşlanma səbəbi kimi bilinən qısa telomerlər, digər həmcinslərinə görə fərqli olur.
Londonda aparılan tədqiqat işsiz olan qadın və kişilərin daha tez yaşlandığını göstərib. Araşdırma rəhbəri Jessica Buxton 1966-cı il təvəllüdlü Finlandiyalı kişiləri də tədqiqa edib. Araşdırmada iştirak edən 5620 insanın daha çox telomer məsələsi gündəmdə olub. Tədqiqata cəlb olunananların DNT nümunələri ilə iş keçmişləri də araşdırılıb. Əldə olunan faktlar sübut edib ki, işsizlik insanın yaşlanmasına səbəb olur. Çünki, xromosomların ucunda olan telomerlər qısa olduğundan yaşlanma olur. Daha əvvəl edilən tədqiqatlar siqaret istifadəsinin, səhv qidalanmanın və xroniki stressin telomerləri qısaltdığını göstərmişdi.


Tarix: 08.01.2015 / 16:56 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar