beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretin tərkibindəki ən təhlükəli 10 maddə

Siqaretin tərkibindəki ən təhlükəli 10 maddə.
Siqaret çəkmək insan sağlamlığına ziyandır-bu sözü hər gün eşidirik lakin siqaretin tərkibində hansı zəhərli maddələrin olduğunu bilmirik. Məlumat üçün qeyd etmək lazımdır ki, siqaretin tərkibi uzun müddət istehsalçılar tərəfindən gizli saxlanılmış lakin 1998-ci ildə onlar bunu açıqlamağa məcbur edilmişlər və məlum olmuşdur ki, siqaretin təkibində 4 mindən artıq kimyəvi maddə mövcuddur lakin onlardan onu ən zərərli və təhlükəli maddələrdir.Onlar aşağıdakılardır:
1. Amonyak - Bu maddə nikotinin orqanizmdə yaxşı sorulmasını təmin edir. Amonyakın gübrənin əsasını təşkil edən bir maddə olduğunu qeyd etməklə onun nə dərəcədə təhlükəli maddə olduğunu anlamaq mümkündür.
2. Arsenik - bu maddə eyni zamanda tarlalarda siçanları öldürmək üçün istifadə olunur.
3. Kadmium - siqaretin filtirində olan kadmium həmçinin mobil telefonların batareykasında istifadə olunur.
4. Formaldehid - siqaretin tütüsünü təşkil edən bu maddədən eyni zamanda meyidləri mumyalayarkən istifadə olunur.
5. Aseton - daha çox qadınlar dırnaqlarına çəkdikləri boyanı təmizləmək üçün istifadə edirlər.
6. Proplen qlikol - nikotinin beyinə daha tez çatmasına zəmin yaradır. Siqaretə alışqanlıq hissi yaradır.
7. Terebantin daha çox nanəli siqaretlərin tərkibinə vurulan bu maddə boyaların təmizlənməsində istifadə edilir.
8. Butan - siqaretin asan yanmasına kömək edir.
9. Benzen - zərərvericilərə qarşı hazırlanan preparatlarda və benzin yanacağında istifadə edilir.


Tarix: 13.01.2015 / 13:26 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar