Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düşünürdü ki, kişidi amma həmdə qadın imiş...

Məşhur fotoqraf olan Stiv böyrəklərindəki duz kristallarını ultrasəslə yoxlayan həkim monitorda gördüklərinə inanmayıb. Ömrünü kişi qismində yaşayan fotoqrafa onun əslində həmçinin qadın da olduğunu, interseksual olduğunu anlatmaqda həkimlər çətinlik çəkiblər. Denver özündə bəzi qadən xasiyyətlərinin olmasına baxmayaraq özünü tam kişi olduğunu hesab edirdi.
İnterseksuallar özündə həm qadın həm də kişi xarakteristikasını birləşdirən bir qrupdur. Onlarda həm kişi həm də qadın xüsusiyyətləri olub aralıq cins kimi xarakterizə olunurlar.
İnterseksuallıq cinsi inkişafın pozulması nəticəsində yaranır, çox vaxt da xarici cinsiyyətlə daxili cinsiyyət orqanları arasında yaranan fərq nəticəsində təyin olunur.
Bu kimi problemlərə hermofroditlik və ya psevdohermofroditizm deyilirdi, lakin zamanla bu terminlər interseks (aralıq cins) və ya interseksuallıql terminləri ilə əvəz olunur.
Stivin dediklərinə görə bu xəbər ilk əvvəl onda şok edici təsirə malik idi, lakin sonralar Stiv əvvəllər özündə müşahidə etdiyi qeyri adi qadına xas xasiyyətlərə izah tapdığı üçün sevindi və qadın kimi yaşamağı qərara aldı.
Əslində Stiv üçün bu qadın və ya kişi kimi yaşamaq qərarı almaq qədər asan seçim deyildi. O evli və 6 övlad sahibi idi. Stiv övladlarına bu xəbəri necə verəcəyini düşünürdü.
Lakin Stivin dediklərinə görə övladları bu xəbəri anlayışla qarşılayıblar və öz atalarını hər halı ilə sevdiklərini deyiblər.
Bu xəbəri Stiv 5 il bundan əvvəl alıb. Hal hazırda Stiv qadın kimi yaşasa da öz ailəsi ilə birgədir və öz həyat yoldaşı ilə bir yatağı bölüşür.


Tarix: 09.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar
loading...