beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Motivasiya qazandırmağın yolları

Uzun və sıxıcı bir gündə motivasiyaya ehtiyac varsa, sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir.
Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir. Qadınların xoşuna gələn manikür işi motivasiyanı gücləndirən amillərdəndir.
Çay içmək də faydalıdır. Qan dövranına xeyri vardır. Təbiətlə vəhdətdə olmaq da önəmlidir.
Ekzotik meyvələrdən dadmaq, boş vaxtlarda yoldaşlarınız və ya rəfiqələrinizlə gəzintidə olmaq əhvalı yüksəldən cəhətlərdən hesab olunur.
Gözəl bir yuxu və istirahət yenidən motivasiyanı bərpa edən amillərdən biridir.


Tarix: 08.01.2015 / 17:55 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqlı Məlumatlar