beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərisinin 80 faizi yanmış qız sağ qaldı

The İndependent" bildirir ki, İzabella "Peppi" Krüger Cənubi Afrika Respublikasında yaşayır. Onun valideynləri Yohannesburq sakinləridirlər.
Ailə həftəsonu bir yerdə olarkən ata barbekyu hazırlamaq, ət qızartmaq fikrinə düşür.

Manqal isə aşır və alovlu kömürlər balaca İzabellanın üstünə tökülür. Eyni zamanda, barbekyu hazırlamaq üçün istifadə olunan maye yanacaq da alışaraq qızın üstünə tökülüb.

Kiçik İzabellanı xilas etmək üçün ABŞ-dan implantat dərilər gətirildi və qızın bədəninə tikildi.
Dərisinin 80 faizi yanmış "Peppi"nin sağ qalacağına ümid olmasa da, cərrahlar uşağın belinə, üzünə, sinəsinə, qollarına və ayaqlarına dəri transplantasiya ediblər.

Dünən 3 yaşlı İzabellanın ilk fotoları yayılıb.

Cərrah Ridvan Mianın dediyinə görə, transplantasiya əməliyyatları nəticəsində Peppinin bədəninə köçürülmüş dəri parçaları onun orqanizminə uyğunlaşıb və qopmayıb.
Üç həftə koma vəziyyətində olmuş Peppi indi özünü yaxşı hiss edir.

Peppinin anası Anis indi özünü dünyanın ən bəxtəvər insanı sayır.
Niyə də olmasın ki...

ABŞ-ın Massaçusets ştatındakı Boston şəhərində, laboratoriyada süni yolla yetişdirilmiş dəri parçalarının əldə olunması üçün Peppinin lülə hüceyrələrindən istifadə olunmuşdu.

Peppinin valideynləri, Ervin və Anis Krügerlər indi qızlarını tərk etməyərək sutkaboyu xəstəxanada qalırlar.
Cənubi Afrika Respublikasının Qautenq vilayətindəki Tembisa klinikasının həkimləri isə Peppini yeni, bu dəfə plastik cərrahiyyə əməliyyatlarına hazırlayırlar.


Tarix: 09.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar