beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda sensassiya: 7 aylıq körpənin bətnində döl olub

Kürdəmir rayonunda 7 aylıq körpə bu günə kimi Azərbaycanda görünməmiş olay yaradıb. ANS TV-nin məlumatına görə, Gülay adlı uşaq hamilə tək bətnində daha bir döl gəzdirirmiş. Valideynlərinin sözlərinə görə, Gülayı müayinə edən həkimlər uşağın adi köpdən əziyyət çəkdiyi qənaətində olduqlarından körpəni məhz bu problemlə əlaqədar müalicə ediblər. Amma sonra uşağın səhhətinin ağırlaşması Məmmədovlar ailəsini Bakıya – Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya Institutuna gətirib.
Həkimlər Gülayı xəstəxanaya bağırsaq keçməzliyi diaqnozu ilə ağır vəziyyətdə qəbul ediblər. Uşağı müayinə edən zaman məlum olub ki, körpənin qarın nahiyəsində şiş var. Həkimlər həmin şişin döl olduğundan şübhələnərək dərhal əməliyyat etmək qərarına gəliblər. Çünki, 7 aylıq Gülay Məmmədova inkişaf etdikcə bətnindəki döl də inkişaf edib və qızcığazın qarın nahiyəsi günügündən böyüyüb. Bu isə onun səhhətində ciddi problemlər yaradıb.
İnstitutun şöbə müdiri Allahverdi Musayevin ANS TV-yə verdiyi məlumata görə, uşaqlar əkiz olublar. Amma gen mutasiyası zamanı onlardan biri qarın boşluğuna düşüb və orada inkişaf edib.
Tam əmin olmaq üçün qarından çıxarılan döl analizə göndərilib və gələn cavablar həkimlərin dediklərini təsdiqləyib. Məlum olub ki, döl Gülayın qarnında inkişaf edib. Onun boyun fəqərələri, onurğa sümüyünün müəyyən hissəsi, həmçinin ağciyərləri artıq inkişaf edib.
Hazırda əməliyyatdan çıxan Gülayın vəziyyəti normaldır. Həkimlər gələcəkdə əməliyyatla bağlı körpənin səhhətində heç bir problem yaşanmayacağına əmindirlər. 7 aylıq uşaq bir neçə gün xəstəxanada qalacaq. Bir müddət sonra səhhətində hər hansı problemin ortaya çıxmadığı müəyyən edilsə, o, ömrünün ilk baharını evində valideynlərinin əhatəsində qeyd edəcək.


Tarix: 13.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar