beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxtlik insanı kökəldir

Stressdən kökəldiyini deyənlərin yalanı ortaya çıxdı.
Hollandiyalı psixoloqlar apardıqları araşdırmalar zamanı maraqlı nəticələr əldə ediblər.

Xarici mətbuatda yayılan məlumata görə, 87 tələbənin üzərində aparılan təcrübə özünü xoşbəxt hiss edən insanların daha çox yemək yediyini ortaya çıxarıb.

Məlumdur ki, artıq çəkili insanlar tez-tez stressdən kökəldiklərini dilə gətirirlər. Ancaq araşdırma bunun doğru olmadığını göstərib.
Belə ki, araşdırmanı aparan psixoloqlar xoşbəxt insanın daha çox yediyini və kökəlmək riskinin də daha çox olduğunu bildirib.

Psixoloqların sözlərinə görə, özünü yaxşı və ya pis hiss etmək hər 100 nəfərdən 75-nin iştahına təsir edir.


Tarix: 08.01.2015 / 17:46 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar