Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənhalıq insanın həyatını qısalda bilər

BBC bildirir ki, 1600-dək yaşlı insan üzərində tibbi tədqiqat aparmış ABŞ alimləri "tənhalıq hissi" keçirənlər arasında ölüm riskinin azqala 2 dəfə artıq olduğunu aşkar ediblər.

Tənhalıq eləcə də, funksional tənəzzül və gündəlik fəallığın düşməsilə müşayət olunub.
Orta yaşı 71 olan müşahidə edilən yaşlılar qrupunun üzvlərindən onların özlərini "atılmış, təcrid olunmuş, yaxud ünsiyyətdən məhrum olunmuş" hiss edib-etmədikləri soruşulmuşdur.

Həmin yaşlılar qrupundan olanların təxminən 43%-i sadalanan "tənhalıq" anlamını təşkil edən 3 vəziyyətlərdən birini yaşadıqlarını bildirimişdilər.
Kaliforniya Universitetindən Carla Perissinotto'nun rəhbərlik etdiyi elmi qrup aparılmış tədqiqatların nəticələrini Archives of İnternal Medicine internet jurnalında dərc etdirib. Məqalədə bunlar qeyd edilib:

"Tənhalıq yaşlı adamların tutulduğu xəstəliklərin ümumi mənbəyi sayıla bilər. Biz göstəririk ki, bu eləcə də ölüm halları və müxtəlif yollarla orqanizmin funksional tənəzzülünə gətirən risk faktorudur".

ABŞ-da keçirilən ayrı bir tədqiqatın nəticələri də eyni jurnalda dərc olunub.
Bu tədqiqatda tənha yaşayan və qan damarlarında tromb əmələ gəlməsindən əziyyət çəkən insanların ürək xəstəliklərindən ölmək riskinin daha artıq olduğu göstərilib.
Alimlər 44,573 orta yaş həddində olan iştirakçıları müayinə ediblər, onlardan 8,594 nəfəri tənha həyat tərzi sürənlər olub.
4 il ərzində aparılmış müşahidələr nəticəsində tənha yaşayanların ölüm riskinin 3% artıq olması müəyyən edilmişdir.
Həmin müdət ərzində ürək xəstəliklərindən ölmək riski tənhalar üçün 7%-dən 8,6%-dək artıq olub.


Tarix: 09.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 21 Bölmə: Maraqlı Məlumatlar
loading...