beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Latın Amerikasında yaşayan insanlar çox xoşbəxtdirlər

Xoşbəxt bir yaşam üçün sağlam həyat tərzi, ekoloji və təmiz bir mühitdə yaşam, mənəvi cəhətdən zənginlik və günlük fəaliyyətlərdə etik-estetik qaydalara riayət etmək bu günə kimi çox insanlara istər maddi istərsədə mənəvi xoşbəxtlik bəxş etmişdir. Dinləməyi bacaran, etdiyi səhvə görə üzr istəməkdən çəkinməyən, eyni xətaya birdə yol verməyən, insanların daim sağlamlıqlarını və gələcəklərini düşünən şəxslər gələcəkdə həqiqətən cəmiyyətin sağlam və xoşbəxt ailələrindən birini qururlar.
Ən çox sağlam həyat tərzi sürən və xoşbəxt olan xalqlar hansılardır? Bu və insanları maraqlandıran digər suallara cavab çox sadədir. Yaşadıqları mühit maddi, mənəvi sərvətlər və turizim imkanları ilə zəngin olarsa həmin xalqlar sağlam həyat tərzi sürür və çox xoşbəxt yaşayırlar. İnternet mənbələrində yayımlanan məlumatlara görə digər xalqlara nisbətən statistikaya görə Latın Amerikalılar günümüzdə firavan həyat tərzi sürənlər sırasında 1-ci yerdə durur. Bildiyimiz kimi Cənubi Amerika kartof, pomidor, qarğıdalı, günəbaxan, bibər, vanil, kakao, ananas və balqabaq kimi bitkilərin vətəni hesab olunur. Bu baxımdan orada yaşayan əhalinin xoşbəxt və sağlam həyat tərzinə malik olmağı o qədər də təəcüblü deyil. Sağlam həyat tərzində zərərli vərdişlərdən və işlərdən uzaq olmaq, istirahətə, turizm və kurorta vaxt ayırmaq olduqca vacib məsələlərdən hesab olunur. Latın Amerikası ölkələrindən Venesuelanın əhəmiyyətli turistik yerləri olduğuna görə dünyada olduqca məşhurdur. Təbii xüsusiyyətləri səbəbi ilə 1994-ci ildən dünya mirası ünvanına sahib olan və 1962-ci ildən fəaliyyət göstərən Canaima Parkı Latın Amerikasında tanınmış turizim bölgəsi hesab olunur. Dünyanın ən xoşbəxt insanları sıralamasında Latın Amerikasında yaşayan insanların olduğu bildirilib. Aparılan tədqiqata görə, ən xoşbəxt insanların yaşadığı 10 ölkədən 7-si məhz Latın Amerikası ölkələrinin payına düşür.
Tədqiqat müddətində 148 ölkədən təxminən 150 min adama "keçən il yaxşı istirahət etmisinizmi, hörmət gördünüzmü, çoxlu gülümsəyib və həddindən artıq güldünüzmü, maraqlı bir şey eşidib və həmin istiqamətdə hər hansı iş gördünüzmü, əvvəlki gününüzdən məmnun qaldınızmı" sualları verilib.
Nəticələrə görə Panama və Paraqvay, ən xoşbəxt insanların olduğu ölkələr sıralamasında olub. Onları sıralamada Salvador, Venesuela, Trinidad və Tobaqo, Tayland, Quatemala, Filippin, Ekvador və Kosta Rika təqib edib.
Tədqiqatda ayrıca olaraq ən qaşqabaqlı olan insanların dünyanın ən zəngin və nizamlı şəhərlərindən biri hesab olunan Sinqapurda yaşadığı ortaya çıxıb.
İnkişaf etmiş ölkələr Almaniya, Fransa və Somali ilə 47-ci sırada olublar. ABŞ isə özünə 33-cü sırada yer tapıb.


Tarix: 09.01.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqlı Məlumatlar