beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda informasiya qavramaq mümkündür

Vaysman Elmlər İnstitutunda neyrofizioloq Anat Arzinin rəhbərliyi altında çalışan israilli alimlər insan beyninin yuxu zamanı yeni informasiya qavramaq iqtidarında olduğu barədə nəzəriyyəni təsdiq ediblər.

Rusiya mətbuatı bildirir ki, mütəxəssislər möhkəm yuxuya gedə bilən 28 insan üzərində təcrübə aparıblar.

Yuxu zamanı onlara müəyyən səslər səsləndirilib və burunlarına xoş və xoşagəlməz qoxu nümunələri yaxınlaşdırılıb. Bu zaman beynin fəallığı xüsusi cihazla qeydə alınıb. Bundan sonra könüllülərə ayıq vaxtda eyni səslər səsləndirilib. Beynin həmin səslərə eyni reaksiya verdiyi müəyyən olunub.

Alimlər bildiriblər ki, hələlik beynin yuxuda yeni informasiyanı yadda saxlaması imkanını sübut ediblər. Hazırda onlar beynin bu üsulla nə qədər mürəkkəb və hansı həcmdə informasiyanı qavradığını aydınlaşdırmaq istəyirlər.


Tarix: 09.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqlı Məlumatlar