beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göy rəngli insan

57 yaşlı Kaliforniya sakini qeyri adi rəngi ilə digərlərindən seçilir. Onun dərisinin bu rəng almasına səbəb isə dermatit xəstəliyinin müalicəsi üçün gümüş kolloidi məhlulunu qəbul etməsi olub.

Belə ki, Pol Karason 14 il əvvəl dermatit xəstəliyinə tutulub. O, müalicə üçün türkəçarəyə əl atır. Bunun üçün o, gümüş kolloidi – elektrolit yolu ilə (elektrodlar yüklənmiş suya elektrik cərəyanının buraxılması) aldığı gümüş hissəciklərinin kolloid məhlulunu - qəbul etməyə başlayır.
Alınmış məlhəmi o həm daxilə qəbul edir, həm də dərisinin zədələnmiş yerlərinə sürtürmüş.

Bir müddətdən sonra Polun üzü dəyişməyə başlayır. Lakin proses yavaş-yavaş getdiyindən çox da hiss olunmurdu.
Onun dərisinin qeyri-adi rəng aldığını artıq neçə aydı görmədiyi dostu müşahidə edir.

Həkimlərin sözlərinə görə, amerikalının göyərməsi arqiriya adlanır. Bu vəziyyət uzun müddət gümüş və onun duzları ilə işlədikdə yaranır.
Arqiriyanın ilk əlamətləri 2-4 il sonra yaransa da, dərinin tündləşməsi ancaq 10 ildən sonra baş verir. Bununla belə, heç bir ağrı və əhval-ruhiyyədə dəyişiklik yaranmır.


Tarix: 09.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar