Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moldovada qadın birdəfəyə 5 uşaq dünyaya gətirib

Moldavada tibb sahəsində nadir müşahidə edilən hadisə baş verib. 37 yaşlı Qjdien kənd sakini dünyaya 5 uşaq gətirib.

Uşaqlardan 2-i qız, 3-ü isə oğlandır. Rusiya mətbuatının verdiyi məlumata görə, 5-likdən başqa ailənin 17 yaşlı oğlu ilə, 10 yaşlı qızı var.

Həkimlər nəzarət altında olan uşaqların səhhətinin normal olduğunu bildirirlər. Altı aylıq dünyaya gələn körpələrin çəkisi 700 qramdır.

Xatırladaq ki, bu sahədə rekord amerikalı qadına məxsusdur. Tibbi eksperimentin iştirakçısı olan 33 yaşlı Nadya Süleyman bir dəfəyə dünyaya 8 uşaq gətirmişdi.


Tarix: 13.01.2015 / 13:01 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...