beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların uzunömürlülüyünün sirri

Məlumata görə aparılan bir araşdırmada müəyyən olunub ki, qadınların kişilərdən uzun yaşaması onların immunitet sistemlərinin kişilərə nisbətən güclü olmasıdır.
Bu bədənin müdafiəsinin yaşlandıqca azalmasını, zərərli işlərlə məşğul olan kişilərin xəstəliklərə qarşı müqavimətinin aşağı olması ilə əlaqəli ola bilər.
Yapon elm adamlarının bu araşdırmaları Immunity and Ageing adlı jurnalında nəşr olunduğu deyilir.
Həmçinin məlumatda Tokio Universiteti Tibb və Diş Həkimliyi Fakültəsindən Prof. Katsuiku Hirokawa və həmkarları, yaşları 20 ilə 90 arasında dəyişən 356 sağlam qadın və kişidən alınan qan nümunələrini araşdırdığı bildirilir. Bədənin müdafiəsində mühüm rolu olan ağ qan hüceyrələri molekulların səviyyəsi ilə ölçülüb.
Hər iki cinsdə yaşla birlikdə ağ qan hüceyrələrinin azaldığı müşahidə edilib.
Ancaq yaxından baxıldığında, immunitet sisteminin iki təməl elementi olan T və B hüceyrələrinin yaşlanma sürətinin qadınlar və kişilər arasında fərqli olduğu görülüb.
T hüceyrələri bədəni infeksiyaya qarşı qoruyur. B hüceyrələri isə anticism ifraz edir.
Prof. Hirokawa ilə həmkarları, immunitet sistemi parametrlərinin kişilərə görə daha yavaş geriləməsinin, qadınların daha uzun ömürlü olması ilə əlaqələndirirlər.


Tarix: 08.01.2015 / 17:55 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Məlumatlar