beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meditasiya yalnızlıq hissini azaldır

Meditasiya, yaşlı insanlarda yalnızlıq hissini azaldır və onların ümumi sağlamlığına müsbət təsir edir.
8 həftə meditasiya ilə məşqul olan bir qrup insanda, yalnızlıq hissinin azaldığını müşahidə edən alimlər, onların sağlamlıqlarını analiz edərkən surpriz bir hal ilə qarşılaşdılar. Meditasiya, Alsheymer xəstəliyindən, ürək qan damar sistemi xəstəliklərindən və digər infeksion xəstəliklərdən mühafizə edir.
Meditasiya ilə məşqul olan insanlarda, 143-cü gen, iltihabi xəstəliklərdən mühafizə qeni dəyişmişdir. Bu dəyişiklik nəticəsində insanlarda iltihabi xəstəliklərə qarşı immunitet güclənmişdir.
Bu gen dəyişikliyinin, insan orqanizminə olan təsiri çox böyükdür. Bu dəyişiklik, orqanizmin böyük xəstəliklər spektrindən mühafizə edir.
Bu xəstəliklərə nümunə kimi, neyrodeqenerativ xəstəlikləri, urək qan damar sisteminin iltihabını və xərçəngin bəzi növlərini göstərmək olar.
Lakin meditasiya bir və ya bir neçə kursdan sonra öz təsirini göstərməyə başlamır. Çox adam elə düşünür ki, qisa bir meditasiya kursu keçməklə bu məşğuliyyətin verdiyi bütün faydaları hiss edəcəklər. Bu yanlışdır. Meditasiyanın faydalarını görə bilmək üçün, gərək müəyyən bir müddət ərzində müntəzəm məşqul olunmalıdır.
Gündəlik insanlar ən azı 15-20 dəqiqə meditasiya etsinlər ki, müəyyən bir müddətdən sonra effekti hiss etsinlər.


Tarix: 09.01.2015 / 11:29 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar