beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Science jurnalı insan ömrünü uzadan 7 amili açıqlayıb

1- Hansı yaşda olursunuz-olun idmanı tərk etməyin

İsveçrədəki Uppsala Universiteti tərəfindən aparılan araşdırmaya görə, idman etmək ömrü uzadır. İdman edənlər, idman etməyənlərə nisbətən 5 il daha çox yaşayır.

2- Günə mütləq səhər yeməyi ilə başlayın

Amerikadakı Boston Universitetinin araşdırmasına görə, nahar etməyən şəxslərin qavrama qabiliyyətlərində azalmalar müşahidə olunur.

3- Dişlərinizi fırçalayın

Nizamlı şəkildə diş fırçalamaq və diş ipi istifadə etmək infarkt riskini azaldır.

4- Yuxunuzu nizamlayın

Amerikadakı Vircinia Universiteti tərəfindən aparılan araşdırmaya görə, nizamlı yatanlar daha çox yaşayır.

5- Üzünüzdən gülümsəməyi əksik etməyin

Qan dövranını sürətləndirən gülümsəmə ömrü 7 il uzadır.

6- Yaxşı dostlara sahib olun

İnsanın həyatda etibar edə biləcəyi dostlarının olması stressi azaldaraq ömrü uzadır.

7- Öpüş

Beynəlxalq Cinsi Davranış Təşkilatının araşdırmasına görə, öpüş insan ömrünü 5 il uzadır.


Tarix: 13.01.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar