beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3D televizoru olanların nəzərinə

Bu texnologiya əyləncə problemləri olanlar üçün idealdırsa, bir sıra insan qrupları üçün məsləhətli hesab olunmur.
Bəzi filmlər var ki, həmin filmlər digər filmlərlə müqayisədə şiddətə meylli, qorxu dolu olurlar. Bu da müxtəlif psixoloji problemlərdən əlavə ailə daxili ünsiyyətin azalmasına və ictimailəşmə bacarığının inkişafına mənfi təsir göstərir. Hətta onlar virtual həyat və gerçək həyat arasındakı fərqi tam olaraq anlamaqda çətinlik çəkə bilərlər.
Televiziya texnologiyasındakı inkişafla mütənasib olaraq televiziyada göstərilənlərin həqiqət kimi qəbulu da artmaqdadır. Televizor satılan mağazalarda 3D görünüş izləyən uşaqların görünüşə toxunmağa çalışması ya da tv-dən qaçması uşaqların 3D görünüşü daha həqiqi qəbul etdiyini göstərməkdədir.
Məsələn az yaşlı bir uşaq, 3D görünüş izlədiyi zaman bundan təsirlənib əlindəki stəkanı televiziya ekranına tərəf atmışdır.
3D texnologiyası istehsal edən firmalar tərəfindən də 3D görünüşə məruz qalmanın epileptik tutmaları oyada bildiyi, ürək bulanması, baş ağrısı və baş gicəllənməsinə səbəb ola biləcəyi vurğulanmışdır. Xüsusilə hamilə qadınlar, yaşlılar, uşaqlar, epilepsiya tutması olanlar ya da risk qrupuna daxil olanlar, yuxu pozğunluğu olanlar və alkoqol istifadə edənlərin 3D TV mövzusunda xəbərdar edilməsi lazımdır.
İzləmə müddətinin məhdudlaşdırılması, alternativ məşğuliyyət sahələrini təmin etmək, istiqamətləndirmə və televiziyada qarşılaşılan əlverişsiz məzmunlu verlişlərin uşaqlarla birlikdə müzakirəsi əhəmiyyətlidir.


Tarix: 09.01.2015 / 10:56 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Məlumatlar