Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerika alimləri kakaonun yaşlı insanlar üçün faydalarını üzə çıxarmışlar

Amerika alimlərinin Maunt Sinay hospitalında apardıqları tədqiqatlar zamanı kakaonun ahıllar üçün başqa faydaları üzə çıxmışdır.

Alimlər sübut etmişlər ki, hər gün yatmazdan əvvəl bir fincan kakao içməklə Alsheymer xəstəliyindən qorunmaq olar.
Onların fikrincə, bunun üçün yalnız Lavado kakaosu yararlıdır. Bu kakao antioksidantların, polifenolların ən yaxşı mənbələrindən biridir.
Tədqiqatçılar göstərmişlər ki, baş beyində toplanan zülalların sinir hüceyrələrini məhv etməsinin qarşısını məhz Lavado kakaosu alır.
Tədqiqat zamanı başqa kakao növləri öyrənilsə də, ən səmərəli Lavado sayılmışdır.

Görünür, Lavadonun tərkibi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edən polifenollar, antioksidantlar ilə başqa sortlara nisbətən daha zəngindir.


Tarix: 08.01.2015 / 16:09 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar
loading...