beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bal arısı ilə müalicə

Məlumata görə Misirdə bir çox xəstəliklər arı ilə müalicə edilir. Arının ifrazat bezlərindən çıxan turşu maye, bir çox xroniki xəstəlikləri sağaldır.
Deyilənə görə bu maye apitoksin kimi qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır.
Misirdə fəaliyyət göstərən "Arı ilə Müalicə Mərkəzinin" administratoru Seyyid Əs Sayih müsahibəsində bildirib ki, müraciət edənlərin əvvəlcə başqa xəstəlikləri olub olmadığı və həkimə gedib getmədikləri araşdırılır. Daha sonra uyğun müalicə tətbiq edilərək arıların sancması təmin edilir.
Mərkəzə hepatit C, sonsuzluq, sinus xəstələri gəlir. Bu müalicə ödənişsiz olduğuna görə müraciət edənlər üçün gün ərzində 500-1000 arı istifadə edilir.
Alimlər arı sancmasından qaynaqlanan maye zəhərinin oynaq iltihabını müalicə etdiyini təyin edib.
Bundan əlavə arı müalicəsi ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır, maddələr mübadiləsini yaxşılaşdırır və müxtəlif yaraların sağaldılmasında işlədilir


Tarix: 08.01.2015 / 16:23 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar